Modern.az

Bu şəxslər Türkiyə prezidenti olmaq istəyir - SİYAHI 

Bu şəxslər Türkiyə prezidenti olmaq istəyir - SİYAHI 

22 Mart 2023, 00:45

Türkiyənin Ali Seçki Komissiyası prezident postuna namizədliyi seçicilərin imzası ilə irəli sürüləcək şəxslərin siyahısını yayımlayıb.

 

Modern.az xəbər verir ki, qərar Türkiyənin "Rəsmi Qəzeti"ndə dərc olunub.

 

Siyahıya Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Məhəmməd Əli Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkalın adları daxildir. Onların namizədliyi qanunda tələb olunan şərtlərə cavab verdiyi üçün qəbul edilib.

 

Martın 27-dək bu namizədlərin hər biri 100 min seçici imzası olan protokolları komissiyaya təqdim etməlidir.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlunun namizədliyi siyasi partiyalar tərəfindən irəli sürüləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir