Modern.az

\"Kökünü Qurutma Əməliyyatı\": 212 nəfər saxlanıldı

\

22 Mart 2023, 10:20

Türkiyədə narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu kontekstdə "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

O bildirilib ki, budəfəki əməliyyat Adana vilayətində gerçəkləşdirilib: "Əməliyyat çərçivəsində 224 şübhəli şəxsdən 212-si saxlanılıb".

 

Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qətiyyətlə vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu