İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurdu

İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurdu

22 Mart 2023, 16:30

İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib.

 

MN sözçüsü qeyd edib ki, PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alınıb, Qəzza səmasının cənub hissəsində vurulub.

 

Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi barədə məlumat yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur