Modern.az

Parlamentdə dava - Deputatlar əlbəyaxa oldular

Parlamentdə dava - Deputatlar əlbəyaxa oldular

22 Mart 2023, 17:54

Gürcüstan parlamentinin plenar iclasında deputatlar arasında dava düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

 

Bildirilir ki, deputatlar arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. “Xalqın gücü” hərəkatının deputatı Viktor Caparidze müxalif həmkarlarını agent adlandırıb. Bundan sonra müstəqil deputat Tariel Nakaidze ona qarşı nalayiq sözlər işlədib. Ardınca deputatlar biri-birilərinə fiziki güc tətbiq ediblər.

 

Qarşıdurmaya digər deputatlar da qoşulublar. İclasda fasilə elan olunub, təhlükəsizlik xidməti deputatları zaldan çıxarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?