Modern.az

İsveçin NATO-ya üzv olmasına RAZILIQ VERİLDİ 

İsveçin NATO-ya üzv olmasına RAZILIQ VERİLDİ 

Dünya

22 Mart 2023, 20:26

İsveç parlamentinin deputatları səs çoxluğu ilə krallığın NATO-ya daxil olmasını təsdiqləyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Dagens Nyheter" nəşri yazıb.

 

Bildirilir ki, qanun layihəsini İsveç hökuməti təqdim edib. İsveç parlamentinin rəhbərliyi qəbul edilmiş sənədi tarixi adlandırıb.

 

269 deputat qərarın lehinə səs verib, 37 deputat əleyhinə çıxış edib, 43 deputat iclasda iştirak etməyib. Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyasının üzvləri ölkənin hərbi bloka qoşulmasına qarşı çıxıblar.

 

Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya parlamenti 2023-cü il martın 1-də ölkənin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləyib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər