Modern.az

Xarkova \"Qəhrəman şəhər\" adı verildi 

Xarkova \

22 Mart 2023, 23:05

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovu “Ukraynanın Qəhrəman şəhəri” fəxri adı ilə təltif edib.

 

Modern.az xəbər verir ki, mükafat şəhərin meri İqor Terexova təqdim edilib.

 

Bildirilib ki, “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanının hazırlanması haqqında fərmanı Zelenski dünən, martın 21-də imzalayıb.

 

Zelenski, həmçinin qeyd edib ki, o, Xarkov vilayətində müşavirə keçirib və iclasda region ərazilərinin bərpası, istehkamların təşkili, infrastrukturun bərpası və zərərçəkmiş sakinlərə yardımın göstərilməsi məsələləri müzakirə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir