Modern.az

Şahzadə Uilyam Ukrayna ilə sərhəddə - FOTOLAR

Şahzadə Uilyam Ukrayna ilə sərhəddə - FOTOLAR

Dünya

22 Mart 2023, 23:52

Şahzadə Uilyam Ukraynanı dəstəkləyən Polşa və Britaniya qoşunlarına şəxsən təşəkkür etmək üçün Polşaya gizli səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

 

Bildirilir ki, o, Ukrayna ilə sərhəddən cəmi 90 km aralıda yerləşən Rzeşovdakı hərbi bazalara baş çəkib. Təhlükəsizlik səbəbi ilə şahzadə bazanı tərk edənə qədər onun səfəri gizli saxlanılıb.

 

Şahzadə Uilyam Polşanın müdafiə naziri Mariuş Blaşçak və Polşa Ərazi Müdafiə Qüvvələrinin üzvləri ilə görüşüb. O, Varşavaya və müharibədən qaçan ukraynalı ailələrə yardım edən mərkəzə də baş çəkəcək.

 

Xatırladaq ki, Uels şahzadəsi Uilyam Britaniya taxtının varisidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır