Modern.az

Rusiya gəmisi Finlandiyada SAXLANILDI

Rusiya gəmisi Finlandiyada SAXLANILDI

Dünya

23 Mart 2023, 08:49

Rusiyanın "Swem" yük gəmisi Avropa İttifaqının (Aİ) sanksiyalarına görə Finlandiyanın Kotka limanında saxlanılıb.


Modern.az xəbər verir ki, bu barədə xarici mediaya açıqlamasında limanın icraçı direktoru Kimmo Naski məlumat verib.

 

“İlk dəfədir ki, Aİ sanksiyaları Finlandiyadakı limanda yüklərin hərəkətinə mane olur”, - o deyib.

 

Hazırda gəmi limandan kənardadır və yükü ölkədən ixrac etmək üçün icazə gözləyir. Məsələni araşdıran Finlandiya Xarici İşlər Nazirliyi gəmidəki gübrələrin daşınması ilə bağlı ötən həftə məlumatlandırılıb.


Sanksiyalar şöbəsinin rəhbəri Pia Sarivaara bildirib ki, böyük ehtimalla icazə alındıqdan sonra yük gəmisi hərəkətə davam edə biləcək.


Məlumata görə, daşınan gübrələrin partiyası 20 min tondur, onun dünya bazarında hazırkı qiymətlərlə dəyəri təxminən 10-12 milyon avrodur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var