Modern.az

Çin və ABŞ arasında növbəti İNSİDENT 

Çin və ABŞ arasında növbəti İNSİDENT 

23 Mart 2023, 11:23

ABŞ-ın “USS Milius” raket esminesi Çinin nəzarəti altında olan mübahisəli Parasel adalarının (Xişa adaları) sularına daxil olub. 

 

Modern.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Çin arxipelaqı öz ərazisi hesab etdiyi üçün ABŞ-ı qanunsuz müdaxilədə ittiham edib.

 

Pekin bildirib ki, esmines Çin hakimiyyətinin icazəsi olmadan Parasel adalarının sularına daxil olub və bununla da Cənubi Çin dənizində sülh və sabitliyi pozub.

 

Qeyd edək ki, Parasel adaları Cənubi Çin dənizində Çin və Vyetnam sahillərindən demək olar ki, bərabər məsafədə yerləşən mübahisəli arxipelaqdır. Adalar Çin tərəfindən idarə olunur, lakin həm Vyetnam və qismən tanınan Tayvan adalara iddia edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir