Modern.az

Türkiyə seçkiləri: Namizədlər neçə imza toplayıb?

Türkiyə seçkiləri: Namizədlər neçə imza toplayıb?

Dünya

23 Mart 2023, 23:44

Türkiyədə seçicilər tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərin imzatoplama prosesi davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" yazıb.

 

Bildirilir ki, 11 prezidentliyə namizəd üçün hədəf 5 gün ərzində 100 min imza toplamaqdır. 

 

Məmləkət Partiyasının sədri Muharrem İnce 50 mindən çox səs toplayan yeganə siyasətçidir. O, 51567 imza ilə birinci yerdədir.

 

İkinci yerdə 46 min 725 imza ilə Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan, üçüncü yerdə 25 min imza ilə ATA ittifaqının prezidentliyə namizədi Sinan Oğan qərarlaşıb.

 

Namizədlərin imza toplama prosesi martın 27-si axşam saatlarınadək davam edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir