Modern.az

ABŞ ordusu SEPAH-a zərbələr ENDİRDİ 

ABŞ ordusu SEPAH-a zərbələr ENDİRDİ 

24 Mart 2023, 08:22

ABŞ ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı mövqelərinə aviazərbələr endirib. 

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb .

 

“Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlığının qüvvələrinə bu gecə Suriyanın şərqində SEPAH ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə yüksək dəqiqlikli aviazərbələr endirmək icazəsi verdim”, – ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

 

Hücumun İranın ABŞ bazasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi bildirilir. Martın 23-də Suriyanın şimal-şərqindəki Həsaka vilayətində yerləşən koalisiya qüvvələrinin bazasındakı texniki xidmət obyektinə pilotsuz uçuş aparatları ilə hücum edilib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatları İran mənşəlidir. Hücum nəticəsində 1 əsgər ölüb, daha 6 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır