Modern.az

Türkiyə seçkiləri: 1.3 milyon zəlzələ qurbanı səs verə bilməyəcək

Türkiyə seçkiləri: 1.3 milyon zəlzələ qurbanı səs verə bilməyəcək

24 Mart 2023, 14:38

Türkiyədə ötən ay baş verən zəlzələnin təsir etdiyi vilayətlərdə yaşayan seçicilərin səsvermə hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Milliyet" qəzetində məqalə dərc olunub.

 

Bildirilir ki, AKP və MHP-nin apardığı araşdırmaya görə, zəlzələdən təsirlənən 1.3 milyon seçicinin səs verə bilməyəcəyi ehtimal edilir.

 

Araşdırmalar nəticəsində məlum olub ki, 2 milyon seçici vilayətlərini tərk edib, onlardan 20 faizi geri qayıdıb. Geri qayıtmayanlardan isə yalnız 250 min nəfərin səs verəcəyi güman edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?