Modern.az

Rusiya Ermənistandan izahat ALACAQ 

Rusiya Ermənistandan izahat ALACAQ 

24 Mart 2023, 20:44

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun öhdəliklərini tanıdıqdan sonra Rusiya İrəvanın mövqeyi ilə bağlı hələ də izahat almayıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, - deyə Dmitri Peskov vurğulayıb.

 

Xatırladaq ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib.

 

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir