Modern.az

Daha bir Avropa lideri Çinə gedir 

Daha bir Avropa lideri Çinə gedir 

Dünya

24 Mart 2023, 22:53

İspaniya baş naziri Pedro Sançez Çinə səfər edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər gələn həftə baş tutacaq.

 

Səfər zamanı o, Çin lideri Si Cinpinlə görüş keçirəcək.

 

"Çin qlobal oyunçudur, ona görə də açıq-aydın biz onun səsini dinləməliyik", - Sançez Pekinə dövlət səfərindən əvvəl deyib.

 

Qeyd edək ki, bir neçə ay əvvəl Almaniya kansleri Olaf Şolts Çinə səfər edib. Aprelin əvvəlində isə Fransa Prezidenti Emmanuel Makron Pekinə gedəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu