Modern.az

Ukrayna və Britaniya generalları danışıqlar apardı 

Ukrayna və Britaniya generalları danışıqlar apardı 

25 Mart 2023, 00:29

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zalujnı özünün "Telegram" kanalında məlumat yayıb.

 

Telefon danışığı zamanı əsas mövzu Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olub.

 

Zalujnınin sözlərinə görə, o, bütün cəbhə xəttindəki vəziyyət barədə həmkarına məlumat verib. 

 

"Biz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsini də müzakirə etdik. Biz əməkdaşlığı inkişaf etdirmək və rabitəni saxlamaq barədə razılığa gəldik. Mən admiral Radakinə verdiyi dəstəyə görə minnətdaram", - Zalujnı əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi