ABŞ prezidenti Co Bayden yenə səhvə yol verib. Bu dəfə o, Kanada ilə Çini səhv salıb.
Modern.az xəbər verir ki, Bayden Kanada parlamentində çıxış edərkən, Kanada əvəzinə səhvən Çini tərifləməyə başlayıb. ABŞ liderinin bu addımı zalda gülüş doğurub.
“Bu gün mən Çini alqışlayıram... Bağışlayın, Kanadanı alqışlayıram. Siz mənim Çin haqqında nə düşündüyümü başa düşürsünüz. Ancaq hələlik bu barədə danışmayaq”, - deyə Bayden səhvini düzəltməyə çalışıb.