Ukrayna Silahlı Qüvvələrinin yazda əks-hücum əməliyyat keçirməsi üçün silah və sursatı yoxdur.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Yomiuri Shimbun” nəşrinə müsahibəsində bildirib.
Ukrayna liderinin sözlərinə görə, hücum yaza planlaşdırılıb, lakin hazırda Ukrayna Silahlı Qüvvələrində döyüş sursatları və döyüş təyyarələri çatışmır.
Yapon nəşri yazır ki, Almaniya və digər ölkələrin təqdim etdiyi tankların apreldə cəbhəyə çatacağı gözlənilir. Zelenski Rusiyanın müdafiə xəttini yarmaq üçün onlardan istifadə ediləcəyini bildirib: “Əraziləri işğaldan azad etmək üçün bizə tanklar lazımdır”.