Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi gələn həftə Zaporojye Atom Elektrik Stansiyasına (AES) səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Agentlikdən bildirilib ki, Qrossi səfəri zamanı obyektdə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirmək və müharibə zamanı onun qorunmasına təcili ehtiyac olduğunu vurğulamaq istəyir.
Bu, Qrossinin Zaporojye AES-in ərazisinə ikinci səfəri olacaq.