Ermənistan yığması ilə Türkiyə millisi arasında keçirilən matçda erməni azarkeşlər üzərində "Nemesis" yazısı olan plakat nümayiş etdiriblər.
Modern.az xəbər verir ki, ermənilərin qaldırdığı təxribatçı plakat müzakirələrə səbəb olub.
Xatırladaq ki, ermənilər 20-ci əsrin 20-ci illərində Osmanlı imperiyasının rəhbərlərinə qarşı həyata keçirilən terror aktlarını “Nemesis” adlandırırlar.
Qeyd edək ki, futbol üzrə Türkiyə millisi “Avro-2024”ün seçmə mərhələsinə qələbə ilə başlayıb. Türkiyə millisi İrəvandakı Respublika Stadionunda Ermənistan yığmasının qonağı olub. İspaniyalı baş hakim Xose Maria Sançesin idarə etdiyi oyunda hesab avtoqolla açılıb. 10-cu dəqiqədə türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb. İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. Matçın 64-cü dəqiqəsində türk yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Türkiyə millisi Ermənistan yığmasını 2:1 hesabı ilə məğlub edib.