Modern.az

Bu ölkədə qaçqınların iş tapması asanlaşacaq

Bu ölkədə qaçqınların iş tapması asanlaşacaq

26 Mart 2023, 11:25

Ukraynalı qaçqınlar Avstriyanın əmək bazarına məhdudiyyətsiz çıxış əldə edəcəklər.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, parlamentin sosial komitəsi "Əcnəbilərin məşğulluğu haqqında" qanuna bu barədə düzəlişi təsdiqləyib.

 

Məlumata görə, hazırda Avstriyada 8 minə yaxın ukraynalı işləyir, 14 min nəfər isə işaxtaran kimi məşğulluq xidmətində qeydiyyatdadır. 

 

Yeni qanun ukraynalı qaçqınların kollektiv müqavilələrə və digər qanuni tələblərə uyğun olaraq ədalətli əməkhaqqı və iş şəraiti ilə işə götürülməsini təmin etməlidir.

 

Qeyd edək ki, ixtisaslı işçi çatışmazlığı Avstriya iqtisadiyyatının bütün sahələrini əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI