Modern.az

Putin Çin lideri ilə görüşünün detallarını AÇIQLADI

Putin Çin lideri ilə görüşünün detallarını AÇIQLADI

Dünya

26 Mart 2023, 11:44

Martın 20-də Moskvada keçirilən Rusiya və Çin liderlərinin görüşü zamanı tərəflərin qeyri-rəsmi söhbətinin əsas mövzusu Pekinin Ukrayna ilə bağlı planı olub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.

 

“Kaminin yanında oturub çay içərək, biz yavaş-yavaş hər şeyi danışdıq. Dünyadakı vəziyyəti və müxtəlif aspektləri müzakirə etdik. Söhbət 4 saat davam etdi. Söhbətin nəticəsi qarşılıqlı məmnunluq oldu", - deyə Putin bildirib.

 

Qeyd edək ki, ötən həftə Çin lideri Si Tsinpin Rusiyaya səfər etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!