Modern.az

Berlindən Putinin Belarus barədə açıqlamasına REAKSİYA

Berlindən Putinin Belarus barədə açıqlamasına REAKSİYA

26 Mart 2023, 13:37

Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin Belarusda gələcəkdə nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını nüvə hədə-qorxusunun növbəti cəhdi kimi qiymətləndirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Rusiya prezidentinin nümunə göstərdiyi NATO ölkələrində nüvə silahının yerləşdirilməsi Moskvanın belə addıma haqq qazandıra bilməz. Bundan əlavə, Berlin xatırladır ki, Belarus öz ərazisində nüvə silahı yerləşdirməmək barədə dəfələrlə beynəlxalq səviyyədə öhdəlik götürüb", - deyə bildirilib.

 

Qeyd edək ki, Putin Belarusa nüvə silahının yerləşdirilməsi perspektivindən danışmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi