Modern.az

Çerevatı Baxmutdakı vəziyyətdən DANIŞDI

Çerevatı Baxmutdakı vəziyyətdən DANIŞDI

26 Mart 2023, 14:28

"Ukrayna hərbçiləri döyüşlərin davam etməsinə baxmayaraq, Baxmut bölgəsində vəziyyəti sabitləşdirə biliblər. Eyni zamanda Limansko-Kupyansk istiqamətində aktiv artilleriya atəşi davam edir".

 

Modern.az "RBC Ukraine"a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Sergey Çerevatı məlumat verib.

 

O qeyd edib ki, Baxmutda vəziyyət ağırdır, lakin sabitdir: "Dünən bütün Baxmut cəbhəsi üzrə 18 hücum olub, bu gün isə 17 hücum baş verib. Lakin bunun üçün daha ətraflı yoxlama, təhlil tələb olunur. Ola bilsin ki, düşmən öz ehtiyatları ilə manevr edir".

 

Çerevatı əlavə edib ki, düşmən Limansko-Kupyanski istiqamətində artilleriyasını işə salıb. Son 24 saat ərzində işğalçılar top və raket artilleriyasından 370 zərbə endirib.

 

"Biz düşmənə heç bir yerdə müdafiəmizi yarmağa imkan vermədik. Biz ona strateji hücum əməliyyatında ciddi uğur qazanmağa imkan vermədik", - Çerevatı deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?