Ukrayna artilleriyaçılarının Britaniyadakı təlimləri başa çatdı

Ukrayna artilleriyaçılarının Britaniyadakı təlimləri başa çatdı

26 Mart 2023, 15:45

Böyük Britaniyada ukraynalı artilleriyaçıların təlimi başa çatıb.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, Ukrayna artilleriyaçılarının ikinci qrupunun 155 millimetrlik AS90 özüyeriyən artilleriya qurğusunda təlimi sonlanıb.

 

AS90-da təlim Kral Artilleriya Məktəbinin nəzarəti altında ixtisaslaşmış müəssisədə zabitlər tərəfindən həyata keçirilib.


Qeyd edək ki, AS90 çevik, yüksək dəqiqliyə malik ən müasir artilleriya sistemidir və ekipaj üçün zirehli müdafiəni təmin edir, uzun mənzilli döyüşlərə imkan verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya növbəti hücum:Ağır döyüş gedir