Modern.az

Məşhur bəstəkar Muharrem İnceni qorilla ilə müqayisə etdi

Məşhur bəstəkar Muharrem İnceni qorilla ilə müqayisə etdi

26 Mart 2023, 16:29

Türkiyəli tanınmış bəstəkar və pianoçu Fazıl Say Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Muharrem İnceni sərt tənqid edib.

 

Modern.az xəbər verir ki, bəstəkar bu barədə tviter hesabında paylaşım edib.

 

"Bu qədər kritik bir seçkidə uğur qazanmaq, aydınlığa çıxmaq bu qədər yaxınkən, birliyə nail olmuş müxalifətin səslərinə göz dikən biri. Bu xalqa pislikdir bu. Savadsızlığa, mədəniyyətsizliyə, sıradan bir şoumenə səs verəcək lüksü yoxdur bu xalqın", - deyə o qeyd edib.

 

"Alacağı səs 2 faiz olsa, 3 faiz olsa nə olacaq ki? Nə işinə yarayacaq? İllərcə bir mümkünsüzü bacarmaq üçün əmək verən ittifaqı zəiflətməkdən başqa nə işə yarayar? Ondan qorxurmuşuq. Qorxutmaq məharətdir?", - bəstəkar əlavə edib.

 

İncenin namizəd ola bilməsi üçün 100 min imza toplamasını isə Fazıl Say belə dəyərləndirib: "Koreyada da zooparkda yaşayan qorillanın vəziyyətini yaxşılaşdırmaq üçün 130 min imza toplanıb".

 

Qeyd edək ki, bundan əvvəl Muharrem İnce onu dəstəkləməyən incəsənət xadimlərini tənqid etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...