Modern.az

HÜDAPAR-ın terrorla əlaqəsi yoxdur - Bağçalı

HÜDAPAR-ın terrorla əlaqəsi yoxdur - Bağçalı

Dünya

26 Mart 2023, 17:05

Türkiyənin hakim "Cümhur İttifaqı"nın üzvlərindən olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı "Hizbullah"la əlaqələndirilən HÜDAPAR (Hür Dava Partiyası) ilə əməkdaşlıqdan danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bağçalı HÜDAPAR-ın terrorla əlaqəsi olmadığını bildirib.

 

"HÜDAPAR-ın heç bir terror təşkilatı ilə bağlantısı yoxdur, bu, aidiyyəti şəxslər tərəfindən də ifadə edilib", - deyə MHP lideri söyləyib.

 

Qeyd edək ki, HÜDAPAR Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyir və iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) proporsional siyahısından parlament seçkilərinə qatılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi