Əfqanıstan-Tacikistan sərhədində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan Rixter şkalası ilə 5.2 balla qiymətləndirilib. Ocağı yerin dərinliyində yerləşən silkələnmədən sonra dağıntı və insan tələfatı barədə məlumat açıqlanmayıb.