Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi Avropanın təhlükəsizliyinə təhdiddir.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borrel bildirib.
"Belarus hələ də bunu dayandıra bilər, onların seçimi var", - Baş katib vurğulayıb.
Borrel, həmçinin qeyd edib ki, Avropa İttifaqı Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq yeni sanksiyalar tətbiq etməyə hazırdır.