Ermənistan-Rusiya işçi qrupunun ilk iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Toplantıda Ermənistandakı Atom Elektrik Stansiyası üçün kadr hazırlığı məsələləri müzakirə edilib.
Rusiya nümayəndə heyətinin rəhbəri, “Rosatom”un Ermənistandakı nümayəndəsi Vyaçeslav Proşkin böyük potensial sayəsində ölkədə bir çox layihələrin sürətlə həyata keçirilə biləcəyini vurğulayıb.
AES-in baş direktoru Eduard Martirosyan isə qeyd edib ki, xüsusilə gənc mütəxəssislərə ehtiyac var.