Modern.az

Pakistanlı siyasətçi Avropada baş nazir SEÇİLDİ

Pakistanlı siyasətçi Avropada baş nazir SEÇİLDİ

Dünya

27 Mart 2023, 18:30

Şotlandiyanın sabiq səhiyyə naziri, pakistanlı siyasətçi Həmzə Yusif Milli Partiyanın (SNP) lideri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

O, 52% səslə (26 mindən bir qədər çox partiya üzvü) seçkidə qalib gəlib və regional milli hökumətə rəhbərlik edəcək.

 

SNP Şotlandiyanın Böyük Britaniyadan ayrılmasını və sonradan ölkənin Avropa İttifaqına üzv olmasını müdafiə edən sol mərkəzçi partiyadır. Sözügedən partiya regional parlamentdə ən çox yerə sahibdir və Yaşıllarla koalisiyadadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı