Almaniya Ukraynaya 18 ədəd "Leopard 2" döyüş tankı göndərib.
Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Ukraynaya, həmçinin 40-a yaxın “Marder” piyada döyüş maşını verilib.
Məlumata görə, tanklar Ukrayna sərhədində təhvil verilib. Maşınlardan bəziləri artıq döyüş bölgəsinə aparılıb.