Modern.az

Ukraynanın əks-hücumu çətin olacaq - Səbəb açıqlandı

Ukraynanın əks-hücumu çətin olacaq - Səbəb açıqlandı

27 Mart 2023, 21:55

NATO hərbi personalı tərəfindən təlim keçirilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin yaz aylarında əks-hücuma keçməsi çətin olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

 

Bildirilib ki, bunun səbəbi Ukraynanın hava məkanına nəzarət edə bilməməsi, həmçinin hava zərbələri üçün kifayət qədər təyyarənin olmamasıdır.

 

Hücumun yüksək dəqiqlikli uzaqmənzilli silahlarla endirilən zərbələrlə başlayacağı ehtimal edilir. Mütəxəssislərin fikrincə, bunun ardınca Quru Qoşunlarının tam miqyaslı hücumu olacaq.

 

WSJ qeyd edib ki, bu gün Ukrayna Silahlı Qüvvələrində quru əməliyyat üçün kifayət qədər modernləşdirilmiş Qərb tankları yoxdur. Söz verilən tankların çoxu gec gələcək.

 

Ekspertlər hesab edirlər ki, Ukrayna ordusu Rusiya mövqelərində zəif nöqtələr tapmaq və onlara zərbələr endirmək taktikasından istifadə etməyə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI