Modern.az

Polisin axtardığı qatili tutuquşu tapdı - Ömürlük həbs verildi

Polisin axtardığı qatili tutuquşu tapdı - Ömürlük həbs verildi

Dünya

28 Mart 2023, 00:22

Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında iki nəfəri ömürlük həbs cəzasına məhkum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "India Today" nəşri yazıb.

 

Məlumata görə, cinayət 2014-cü ildə Aqra şəhərində törədilib. Həmin vaxt yerli qəzetin baş redaktoru Vicay Şarma oğlu və qızı ilə qonşu şəhərə toya gedib, arvadı evdə qalıb. Qayıdanda görüblər ki, ev qarət olunub, qadın və evdəki it öldürülüb. Hadisədən sonra evdə saxlanılan tutuquşu yemək və içməkdən imtina etməyə başlayıb, bununla əlaqədar Vicay Şarma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.

 

Şarma cinayət törədə biləcəyi ehtimal olunan şəxslərin adlarını sadalamağa başlayıb. O, qardaşı oğlunun adını çəkəndə quş qışqıraraq qəfəsdə tullanıb. Tutuquşunun belə reaksiyası polisin diqqətini çəkib və tezliklə şübhəli şəxsi həbs edib. Şarmanın qardaşı oğlu etiraf edib ki, o, dostu ilə birlikdə qətli törədib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI