Modern.az

Britaniya tankları Ukraynaya gətirilib

Britaniya tankları Ukraynaya gətirilib

Dünya

28 Mart 2023, 00:58

Britaniyanın "Challenger 2" tankı artıq Ukrayna ərazisinə gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Facebook” səhifəsində məlumat yayıb.

 

Reznikov bildirib ki, o, zirehli texnikaları sınaqdan keçirib. Nazirin sınaqdan keçirdiyi texnikalar arasında Britaniyanın “Challenger” tankı, həmçinin Amerikanın “Stryker” və “Cougar”, Almaniyanın “Marder” zirehli maşınları olub.

 

“Bir il əvvəl heç kim tərəfdaşların dəstəyinin bu qədər güclü olacağını düşünməzdi”, - o yazıb.

 

Qeyd edək ki, Britaniya Ukraynaya 14 ədəd "Challenger 2" tankı tədarük edəcəyinə söz verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI