Modern.az

Həbsxana işçiləri etiraz etdi - Məhbuslar qəbul edilmədi

Həbsxana işçiləri etiraz etdi - Məhbuslar qəbul edilmədi

Dünya

28 Mart 2023, 10:08

Belçikanın ikinci böyük şəhəri olan Antverpendə mühafizəçilər həbsxanadakı şəraitin yaxşı olmadığını əsas gətirərək qapıları bağlayıb və yeni məhbusları qəbul etməmək qərarına gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.

 

Bu aksiyadan sonra Belçika Ədliyyə Nazirliyi məhbusları müvəqqəti olaraq başqa həbsxanaya köçürməyə qərar verib.

 

Hazırda həbsxananın 439 nəfərdən ibarət kişilər bölməsində 719 məhbus var. 100-dən çox məhbusun yerdə döşəklərdə yatdığını bildirən gözətçilər bu şərtlərlə yeni məhbusların həbsxanaya gəlməsinə icazə verməyəcəklərini bildiriblər.

 

Həbsxana işçilərinin bağlı olduğu üç həmkarlar ittifaqı şəraiti yaxşılaşdırmaq üçün tətilə qərar verdiklərini açıqlayıb. Şərtlər dəyişməzsə, həmkarlar ittifaqları aprelin 4-dən tətilə başlayacaq. Tətil həbsxanada məhbusların sayı 650-dən aşağı düşənə qədər davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI