Modern.az

Mən prezident olana qədər Ukraynada müharibə bitməyəcək - Tramp

Mən prezident olana qədər Ukraynada müharibə bitməyəcək - Tramp

28 Mart 2023, 10:04

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynadakı müharibədən danışıb.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, Tramp bildirib ki, o, ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə çətin ki, bitsin.

 

"Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm. Əsas odur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir”.

 

O, prezident olacağı təqdirdə müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı bəyanatını təkrarlayıb.

 

“Bu, çox sadə səslənə bilər, lakin mən mahiyyətini açıqlamayacağam, çünki açıqlasam, sonra istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, - Tramp bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI