Modern.az

Almaniyadan Ukraynaya dəstək - Bizə güvənə bilərsiniz

Almaniyadan Ukraynaya dəstək - Bizə güvənə bilərsiniz

28 Mart 2023, 10:14

Qarşıdakı bir neçə il ərzində Almaniya Ukraynaya hərbi yardımını 3 milyard avrodan 15 milyard avroya çatdırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.

 

Qeyd olunub ki, Ukraynanın 40-a yaxın Fransa istehsalı olan müasir "Mirage 2000-9" qırıcısı alacağı barədə də məlumatlar var.

 

Almaniyanın müdafiə naziri Boris Pistorius isə Ukraynaya tədarük edilən "Leopard 2" tankları haqqında danışıb: "Söz verildi və çatdırıldı".

 

Nazir bəyan edib ki, Almaniya tankları döyüş meydanında həlledici rol oynayacaq: "Bizə güvənə bilərsiniz".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI