Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Böyük Britaniyanın “Challenger” tanklarının test-drayv mərhələsində şəxsən iştirak edib.
Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, təəssüratlarını bölüşüb.
“Ukraynanın ilk əsas döyüş tankı “Challenger 2”yə minmək çox xoş idi. Böyük Britaniyanın tədarük etdiyi belə tanklar ölkəmizə bu yaxınlarda gəlib. Bu fantastik maşınlar tezliklə öz döyüş tapşırıqlarına başlayacaqlar”, - deyə Reznikov bildirib.
Müdafiə naziri Reznikov Britaniyanın “Challenger” tankının sınaq sürüşünün videosunu dərc edib pic.twitter.com/51cxyViDvs
— MODERN.AZ (@modernaz_) March 28, 2023