Modern.az

Belarusa nüvə silahı yerləşdirilməsi balansı dəyişməyəcək - Bolton

Belarusa nüvə silahı yerləşdirilməsi balansı dəyişməyəcək - Bolton

Dünya

28 Mart 2023, 11:21

"Rusiya Federasiyasının taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi Avropadakı nüvə balansına kəskin təsir göstərməyəcək".

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, bunu sabiq ABŞ prezidenti Donald Tramp administrasiyasında milli təhlükəsizlik müşaviri postunu tutmuş Con Bolton deyib.

 

Onun sözlərinə görə, Rusiya raketləri artıq Belarusdan xeyli qərbdə yerləşən Rusiyanın Kalininqrad vilayətində çoxdan yerləşdirilib.

 

“Bura SSRİ dövründən bəri uzun müddət Rusiyanın hərbi obyekti olan yerdir... Beləliklə, Rusiyanın Kalininqrad anklavında onsuz da malik olduğu imkanlar ən böyük təhlükə yarada biləcək imkanlardır. Düşünmürəm ki, Belarusa bəzi taktiki nüvə silahlarının ötürülməsi ideyası bu balansı dəyişir”, - Bolton əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI