Modern.az

Ərdoğan Ərbakanın oğlu ilə görüşəcək

Ərdoğan Ərbakanın oğlu ilə görüşəcək

28 Mart 2023, 11:40

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Yenidən Rifah Partiyasının (YRP) sədri, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanla görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, görüş yerli vaxtla 16:00-da keçiriləcək. Əsas müzakirə mövzusunun seçki məsələsi olacağı gözlənilir.

 

Qeyd edək ki, YRP və AKP arasında ittifaqla bağlı danışıqlar ilkin mərhələdə uğursuzluğa düçar olmuş, F.Ərbakan prezidentliyə namizədliyini elan etmişdi. Daha sonra partiyalar arasında razılıq əldə olundu və YRP "Cümhur İttifaqı"na daxil olaraq Ərdoğanın namizədliyini dəstəklədi.

 

YRP-nin qopduğu Səadət Partiyası isə "Millət İttifaqı"nın üzvüdür və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun namizədliyini dəstəkləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI