Türkiyə Milli Müdafiə Nazirliyi PKK/YPG üzvlərinin Fransa parlamentində qonaq edilməsini pisləyib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.
"NATO üzvü Fransanın parlamentində əli qanlı PKK/YPG terror təşkilatının nümayəndələrinin qonaq edilməsi, parlamentin nüfuzuna kölgə salır. Bu hərəkət müttəfiqlik ruhuna zidd olduğu kimi, həm də NATO-nun terrorla mübarizəsinin içini boşaldır. Türkiyə Silahlı Qüvvələri istənilən şəraitdə bütün terror təşkilatlarına qarşı mübarizəsini fasiləsiz şəkildə davam etdirəcəkdir", - deyə bildirilib.
Qeyd edək ki, Fransa parlamentində PKK/YPG terror təşkilatının üzvlərinə şərəf medalı təqdim olunmuşdu. Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb və etiraz bildirilib.