Modern.az

Belarus XİN-dən taktiki nüvə silahı AÇIQLAMASI

Belarus XİN-dən taktiki nüvə silahı AÇIQLAMASI

Dünya

28 Mart 2023, 12:32

Belarusun Xarici İşlər Nazirliyi ölkəyə Rusiya tərəfindən taktiki nüvə silahı yerləşdirilməsini şərh edib.

 

Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, XİN-in açıqlamasında bunun məcburi xarakter daşıdığı ifadə olunub. 

 

"Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görür", - deyə bildirilib. 

 

Qeyd edək ki, Qərb ölkələri tərəfindən Moskvanın bu barədə bəyanatı tənqidlərlə qarşılanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI