Yunanıstanda mayın 21-də parlament seçkiləri keçiriləcək.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Kiriakos Mitsotakis açıqlayıb.
Mühafizəkar hökumətin 4 illik səlahiyyət müddəti iyulda başa çatır.
"Ölkənin və onun vətəndaşlarının parlaq üfüqlərə ehtiyacı var", - o bildirib.
Qeyd edək ki, fevralın 28-də 57 nəfərin ölümü ilə nəticələnən dəmir yolu qəzasından sonra iqtidarın reytinqi azalıb. Mayın 21-də keçiriləcək səsvermə yeni tətbiq edilən proporsional seçki sistemi ilə olacaq.