Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiyanın Ukrayna ərazilərinə raket zərbələri endirməsini şərh edib.
Modern.az xəbər verir ki, Yermak bu barədə tviter səhifəsində yazıb.
"Rusiyanın hərəkətlərinin arxasındakı məntiq mülki infrastrukturu hədəf alan terrordur. İşə yaramayacaq və geopolitik şantaj da alınmayacaq. Müqavimət göstərməli, bütün bölgələri işğaldan azad edərək geri almalı və düşməni cəzalandırmalıyıq", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.