Türkiyə Hərbi Dəniz Qüvvələri üçün hazırlanan "Marlin" adlı insansız hərbi gəmi sınaqdan keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.
Bildirilir ki, sınaqlar zamanı insansız gəmidən yerli istehsal "Kuzgun" adlı raket buraxılıb. Raket hədəfinə dəqiqliklə zərbə endirib.
Kəşfiyyat, döyüş, mühafizə üçün nəzərdə tutulan insansız gəmilər Türkiyənin "Aselsan" və "Sefine" şirkətləri tərəfindən yaradılıb. Sınaqlar başa çatdıqdan sonra insansız gəmilər Türkiyə ordusunun istifadəsinə veriləcək.
İnsansız deniz araçlarımıza yeni kabiliyetler kazandırmayı sürdürüyoruz.
— Ismail Demir (@IsmailDemirSSB) March 28, 2023
MARLİN’den katı yakıtlı KUZGUN Seyir Füzesinin atışıyla bir SİDA’dan ilk defa güdümlü mühimmat atışı gerçekleşti.
Bu alanda da en ileri seviyeye gitmeye kararlıyız! @aselsan@sefineofficial @SageTubitak pic.twitter.com/mqDaMW5ETC