Modern.az

Fransa Qolodomoru soyqırımı kimi tanıdı

Fransa Qolodomoru soyqırımı kimi tanıdı

Dünya

28 Mart 2023, 22:56

Martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.

 

"Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və əhəmiyyətlidir", - Zelenski bildirib.

 

Bundan əvvəl İslandiya və Belçika da Qolodomoru soyqırımı kimi tanıyıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI