Modern.az

Qazaxıstan parlamentinə sədr seçildi - FOTOLAR

Qazaxıstan parlamentinə sədr seçildi - FOTOLAR

Dünya

29 Mart 2023, 10:50

Qazaxıstanda hakim "Amanat" Partiyasının sədri Erlan Koşanov parlamentin aşağı palatasına sədr seçilib.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, onun namizədliyini deputat Baktıkoja İzmuxambetov irəli sürüb.

 

Bildirilib ki, deputatlar Erlan Koşanovun namizədliyi ilə bağlı gizli səsvermə üçün bülletenin təqdim edilməsi haqqında qərar qəbul ediblər.

 

Qeyd olunub ki, Hesablama Komissiyası gizli səsvermə keçirərək nəticələrini müəyyən edib və Erlan Koşanovun namizədliyi yekdilliklə dəstəklənib.

 

Albert Rau və Daniya Yespayeva isə Qazaxıstan parlamentinin aşağı palatasının vitse-spikerləri seçiliblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü