Modern.az

Nüfuzlu nəşrin müxbiri Xəlil Rzanın saxlandığı təcridxanada qalacaq - YENİLƏNİB

Nüfuzlu nəşrin müxbiri Xəlil Rzanın saxlandığı təcridxanada qalacaq - YENİLƏNİB

30 Mart 2023, 16:48

Rusiyada casusluq işi üzrə həbs edilən jurnalist, "The Wall Street Journal" nəşrinin əməkdaşı Evan Qerşkoviç Lefortovo istintaq təcridxanasında saxlanılacaq.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Qeyd edək ki, 1990-cı ilin yanvarında həbs olunduqdan sonra azərbaycanlı şair Xəlil Rza Ulutürk də həmin təcridxanada saxlanılıb.

 

***

13:57

 

Rusiya XİN "The Wall Street Journal" nəşrinin əməkdaşı Evan Qerşkoviçin həbsini şərh edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

 

"Saxlanılan "The Wall Street Journal"ın müxbiri jurnalist vizası və akkreditasiyasından jurnalistikaya aid olmayan fəaliyyətini ört-basdır etmək üçün istifadə edib", - o bildirib.

 

***

11:38

 

Rusiyada "The Wall Street Journal" nəşrinin əməkdaşı Evan Qerşkoviç həbs olunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, jurnalist casusluqda ittiham olunur. Hazırda araşdırmalar aparılır.

 

Hələlik nəşrdən mövzu ilə bağlı reaksiya verilməyib.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI