Modern.az

Bakı ilə sülh gündəliyinə sadiqik - Paşinyan

Bakı ilə sülh gündəliyinə sadiqik - Paşinyan

30 Mart 2023, 12:22

"Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

 

“Ümid edirik ki, yaxın gələcəkdə həm Bakının Qarabağ erməniləri ilə danışıqlar formatında, həm də Ermənistan-Azərbaycan formatında konkret dəyişikliklər baş verəcək. Ermənistan Respublikası buna hazırdır", - deyə o bildirib.

 

"Təbii ki, bu kontekstdə müvafiq beynəlxalq mexanizmlərin və təminatların həyata keçirilməsi olduqca vacibdir”, - deyə Paşinyan söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?