Modern.az

Enerji şirkətləri müharibəyə görə 200 milyard qazanıb

Enerji şirkətləri müharibəyə görə 200 milyard qazanıb

30 Mart 2023, 12:42

"Qlobal enerji şirkətlərini mənfəətlərini Ukrayna ilə bölüşməyə çağırırıq".

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.

 

“Bir çox enerji şirkətləri müharibə səbəbindən böyük gəlir əldə edirlər. Bizim hesablamalarımıza görə, bu, 200 milyard dollardan çoxdur, onlar bu pulu müharibəyə görə alırlar, çünki biz müharibə şəraitindəyik. Düşünürəm ki, enerji infrastrukturunun yenidən qurulmasına kömək etmək üçün bu pulu Ukrayna ilə bölüşmək ədalətli olardı”, - deyə nazir bildirib.

 

Qaluşenko qeyd edib ki, Litvanın “Ignitis Group” şirkəti artıq Ukraynanın bərpasına kömək etmək üçün qazancının təxminən 10%-ni göndərməyə hazır olduğunu bəyan edib. O, digər beynəlxalq şirkətləri də nümunə götürməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir